DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini R.Quliyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq Nizami RPİ-yə təhvil verilmişlər

01.03.2021

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Quliyev martın 1-də Babək prospektində 2 nəfərin onun qulaq nahiyəsinə bıçaqla xəsarət yetirib mobil telefonunu aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Qafarov və əvvəllər məhkum olunmuş İ.Sadiqov saxlanılaraq Nizami RPİ-yə təhvil verilmişlər.

Nizami RPİ tərəfindən araşdırma aparılır.