DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

22.01.2021

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyən edilərək saxlanılmışlar.