Şəki şəhəri ərazisində fəaliyyət göstərən 3 kafedən mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülmüşdür
17.01.2020Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində fəaliyyət göstərən 3 kafedən ümumilikdə 62 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülmüşdür.Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalarla həmin spirtli içkilərin Baş Göynük kənd sakini M.Alcanov tərəfindən satılması müəyyən edilmişdir.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alcanovun yaşadığı evdən əlavə olaraq 43 ədəd müxtəlif adda və şüşə qablarda qablaşdırılmış, mənşəyi məlum olmayan və kustar üsulla hazırlanmış spirtli içkilər aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.