Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gün ərzində 107 cinayət faktı qeydə alınmışdır
09 iyul 2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.
Qusar şəhər sakini İlham Qədirovu qətlə yetirməkdə şübhəli bilinən Səlim Mirzəbəyov saxlanılıb
09 iyul 2018

İyulun 8-də Qusar rayonunun Gedəzeyxur kəndi ərazisində şəhər sakini İlham Qədirovun qətlə yetirilməsi faktı ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə İ.Qədirovun həmkəndlisi Səlim Mirzəbəyov tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə S.Mirzəbəyov saxlanılaraq istintaqa təhvil verilib.  

İyulun 2-dən itkin düşmüş Gədəbəy rayonunun Ərtəpə kənd sakini Emin Bədəlovu qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılıb
09 iyul 2018

İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

57 baş qoyun yol qəzası nəticəsində tələf oldu
09 iyul 2018

İyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində -  Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurmuşdur. Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilmişdir. 57 baş qoyun isə tələf olmuşdur.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.  

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə məlumat daxil olmuşdur
09 iyul 2018

İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  

İstintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

Şabran şəhər sakini Rəşid Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən Ağayəhya Abbasov saxlanılıb
09 iyul 2018

İyulun 9-da saat 21 rarədlərində Şabran şəhər sakini Rəşid Əhmədov xəsarətlə  xəstəxanaya yerləşdirilib. Bu barədə daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ağayəhya Abbasovun münaqişə zəminində ona bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Həkimlərin səyinə baxmayaraq R.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Görülmüş tədbirlərlə A.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

Qəbələ şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09 iyul 2018

İyulun 9-da saat 15 radələrində Qəbələ şəhəri ərazisində şəhər sakinləri Nurlan Xəlilovun idarə etdiyi “Niva” və Elçin Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və N.Xəlilovun bir sərnişini, habelə E.Məmmədovun bir sərnişini xəstəxanaya yerləşdirilmişlər. E.Məmmədov orada ölmüşdür.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09 iyul 2018

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır. 

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09 iyul 2018

İyulun 9-da saat 3 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Tural Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Pənah Mirzəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Qurbanov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

9 baş inəyi oğurlamaqda şübhəli bilinən Daşkəsən rayonunun Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılmışdır
09 iyul 2018

Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də Rafiq Bağırova məxsus 9 baş inəyi oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini Şahzadə Şahbəndəyev saxlanılmışdır.