DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb

18.04.2024

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.
R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=4nqzMBZpw9Q

 

18.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub 18.04.2024
  • Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 4 patron təhvil götürülüb 18.04.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 18.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 18.04.2024
  • Aprelin 18-də ümumi çəkisi 6,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 18.04.2024
  • Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq etməkdə şübhəli bilinən N.Sayadov saxlanılıb 18.04.2024
  • Nəsimi rayonu ərazisində avtomobildən pul və evlərin birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən A.Əhmədov saxlanılıb 18.04.2024
  • Bir şəxsin bank kartından 478 manatını oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb 18.04.2024
  • Xırdalan şəhəri ərazisində bir şəxsə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Nuriyev saxlanılıb 18.04.2024
  • Paytaxtda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub 18.04.2024
  • Marketdən 8000 manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb 18.04.2024
  • Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb 18.04.2024
  • Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar 18.04.2024