DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20231004110658.jpg

Həmkarlarımız müsabiqədə qalib oldular

04.10.2023

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası tərəfindən polis əməkdaşlarının xidməti fəaliyyətini, həyatını işıqlandırmaq məqsədi ilə ənənəvi media müsabiqə təşkil olunub. Müsabiqədə ölkəmizin təmsilçiləri də iştirak ediblər. Müsabiqənin nəticələri sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən növbəti iclası zamanı elan olunub. Müsabiqənin nəticələrinə əsasən DİN Mətbuat Xidmətinin Bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynovun və  müstəqil fotoreportyor Rac Stevenin təqdim etdikləri fotolar “Şərəf duyuram!” nominasiyası üzrə, çəkiliş qrupunun inspektoru, polis mayoru Anar Qafarovun hazırladığı videoçarx isə həmin nominasiya üzrə videomüsabiqədə II mükafatlara layiq görülüblər.

Bundan əlavə, Mətbuat Xidmətinin əməkdaşı, polis serjantı Gümüş Stevenin çəkdiyi foto isə “Təbiətin hər çağı gözəldir” nominasiyasında III mükafata layiq görülüb.

Mükafata layiq görülən fotoları təqdim edirik.

Gümüş

Zeyni

Raj