Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən

28.06.2019

İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən “Müsavat” Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılmışdır.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilmiş və sərbəst buraxılmışdır.

Ən son press-relizlər