Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2007-cı ilin 1-ci rübü üzrə təhlil


2007-ci ilin 1-ci rübündə daxili işlər orqanları tərəfindən insanların həyatının, sağlamlığının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, ölkədə sabitliyin və əmin-amanlığın, hüquq qaydalarının və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələr uğurla yerinə yetirilmiş, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmışdır.

2007-ci ilin yanvar-mart aylarında ölkədə 4114 (ötən ilin müvafiq dövrü ilə müqayisədə - 3 və ya 0.1 % az), o cümlədən DİN üzrə 3991 (+66 və ya 1.7 %) cinayət qeydə alınmışdır.

Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 1556 (1.1 %) böyük ictimai təhlükə törətməyən, 2057 (3.2 %)  az ağır, 378(-3.6 %) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Onlardan 1312 (2006-cı ilin müvafiq dövrü ilə müqayisədə +60 və ya 4.8 % çox) şəxsiyyət əleyhinə,  1525  (+38 və ya 2.6 %) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 985 (- 43və ya 4.2 % az) iqtisadi sahədə törədilən, 169 isə (+11 və ya 7 %) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır, hər 5 cinayət hadisəsindən 1-i narkotik vasitələrlə bağlı,  hər 8 cinayətdən 1-i oğurluq,  hər 13 cinayətdən 1-i isə YNH ilə bağlı cinayətdir.

Qeydiyyata alınmış cinayətlərin 90.4%, o cümlədən narkotik vasitələrlə bağlı cinayətlərin 95.4%, mənimsəmə və israf etmə, hədə-qorxu ilə tələb etmə, qaçaqmalçılıq, fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətlərinin hamısının açılması təmin edilmişdir.

2007-ci ilin 1-ci rübündə cinayətkarlığın dinamikası keçən ilin analoji  dövrü ilə müqayisədə qəsdən adam öldürmənin 13 (-25 %,  2007-ci ildə 39-2006-cı ilin 1-ci rübündə 52), dələduzluğun 61(-20.7 % , 233-294), soyğunçuluğun 34 (-45.9%, 40-70), xuliqanlığın 12 (-5.6 %,     204-216), quldurluğun 6 (-15.4 %, 33-39) fakt  azalması ilə xarakterizə olunmuşdur. Törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma 10 ( +21.7 % , 56-46), oğurluq 37 (+7.6%, 526-489), narkotik vasitələrlə bağlı 28(+3,8 % , 770-742), avtonəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlər 7 (+33.3 % , 28-21) fakt artmışdır.
Ötən dövrdə insan alveri ilə bağlı 55 (2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 48.6 % çox) fakt aşkar olunmuşdur.

Odlu silahla törədilən cinayətlər 29.2 % (-7, 17-24) azalmış, ictimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər müvafiq olaraq 4.9 % (+12, 245-257) və 9.9 % (+12, 121-133) artmışdır.
Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin satışı ilə bağlı 261 fakt aşkar edilmiş və bu zaman qanunsuz dövriyyədən 71,87 kq narkotik vasitə götürülmüşdür.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 440 nəfərdən 415 əmək qabiliyyətli işləməyən və oxumayan, 8-i isə qadınlardır.

Keçmiş illərdən bağlı qalmış 148 cinayətin açılması təmin edilmişdir.

2007-ci ilin yanvar-mart aylarında axtarışda olan təqsirləndirilən şəxslərin 1055 (40 %)  nəfəri, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 85 şəxs tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 714 nəfərdən 320-nin (44,8 % ) yeri müəyyən edilmişdir.

Müxtəlif cinayətlər törətdiklərinə görə  müəyyən edilmiş 3661 şəxsdən 2608 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 233 (8.9 %) qadınlar, 83 (3,2 %) yetkinlik yaşına çatmayanlar, 2215 (84,9 %) işləməyən və oxumayan, 300 (11.5 %) isə əvvəllər məhkum edilmişlər olmuşdur.
 
Cinayət nəticəsində 1821 şəxs xəsarət almış, onlardan 774 qadın, 42 yetkinlik yaşına çatmayan, o cümlədən cinayət nəticəsində həlak olmuş 370 şəxsdən 78 qadın, 38 yetkinlik yaşına çatmayanlar olmuşdur.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi