Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2006-cı ilin 1-ci yarımili üzrə təhlil


2006-cı ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

Son illərdə olduğu kimi 2006-cı ilin 1-ci yarımilliyində də daxili işlər orqanları  cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təminində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirilmiş, kriminogen durum daim nəzarətdə saxlanılmışdır.

2006-cı ilin yanvar-iyun aylarında  9082 (ötən ilin müvafiq dövrü ilə müqayisədə +693 və ya 8,3 % çox), o cümlədən DİN üzrə 8706 (+708 və ya 8,9%) cinayət qeydə alınmışdır.

Daxili İşlər Nazirliyi üzrə qeydə alınmış cinayətlərin 3715 (42,7%) böyük ictimai təhlükə törətməyən, 4162 (47,8%) az ağır, 829 (9,5%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Onlardan 3057 (2005-ci ilin müvafiq dövrü ilə müqayisədə +160 və ya 5,5% çox) şəxsiyyət əleyhinə,  3088 (+314 və ya 11,3%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 2209  (+263 və ya 13,5%) iqtisadi sahədə törədilən, 352 isə (-26 və ya -6,9%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir. Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i  az ağır ,  hər 6 cinayət hadisəsindən  1-i narkotik vasitələrlə bağlı, hər 9 cinayətdən 1-i oğurluq, hər 12 cinayətdən 1-i isə YNH ilə bağlı cinayətdir.

Uçota alınmış cinayətlərin 92,7%, o cümlədən qəsdən adam öldürmələrin 93,3% , insan alveri ilə bağlı 95,5%, narkotik vasitələrlə bağlı cinayətlərin 97,6%, adam oğurluğu, qaçaqmalçılıq, seksual xarakterli zorakı hərəkətlərlə bağlı cinayətlərin isə hamısının açılması təmin edilmişdir.

2006-cı ilin 1-ci yarımilində cinayətkarlığın dinamikası keçən ilin analoji  dövrü ilə müqayisədə adam oğurluğunun 33,3% (-4 fakt, 2006-ci ildə 8, 2005-ci ilin 1-ci yarmilində 12), mənimsəmə və israfetmənin 35,4% (-23; 42-65), zorlamanın 35,3% (6; 11-17), avtonəqliyyatın qaçırılmasının 31,3% (-20; 044-64), fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama cinayətilərinn 23,7% (-23; 74-97) , qaçaqmalçılığın 21,7% (-5; 18-23), insan alveri ilə bağlı  cinayətlərin 14,7% (-15; 87-102) quldurluğun 14,4% (- 13; 77-90), oğurluğun 2,2% (-23; 1015- 1038), qəsdən sağlamlığa az ağır zərər vurmanın 3,4% (-5; 40-45), həmçinin seksual xarakterli zorakılıq hərəkətlərinin 2,2 (-11; 9-20) rüşvət cinayətlərinin 2 (-3; 3-6) dəfə azalması ilə xarakterizə olunmuş, banditizm, cinayətkar birlik yaratma, adamları girov götürmə cinayətləri  qeydə alınmamışdır.

Törədilmiş qəsdən adam öldürmə(cəhdlərlə) 21 (+16,6%; 147-126), soyğunçuluq 50 (61,7%;  131-81),  dələduzluq 190 (+41,0% 653-463), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 170 (+30,7%; 724-554), o cümlədən  ölümlə nəticələnən YNH 72 (+26,7%; 342-270), narkotik vasitələrlə bağlı 99 (+7,6%; 1398-1299), o cümlədən satış və ya satışı  məqsədilə 20 (+4,4%;  472-452) fakt artmışdır.

Ötən dövrdə insan alveri ilə bağlı 87 fakt aşkar olunmuşdur. Həmin cinayələri törədənlərin 48,2% qadınlar təşkil etmiş, bu cinayətlərdən 39,9% qadınlara, 4-ü (4,6%) yetkinlik yaşına çatmayanlara qarşı törədilmişdir.

Odlu silahla törədilən cinayətlər 36,4% (+12;  45-33) , ictimai yerlərdə, o cümlədən küçə və parklarda baş vermiş cinayətlər müvafiq olaraq 2,6% (+16; 621-605) və 5,0% (+13; 275-262) artmışdır.

Hesabat dövründə qanunsuz dövriyyədən 103,98 kq narkotik vasitə götürülmüş, 7, 33 kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır. Narkotiklərin satışı ilə bağlı 472 fakt aşkar edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20 fakt (+4,4%) çoxdur.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1073 nəfərdən  1037 (96,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 335 (31,2%) əvvəllər cinayət törətmiş şəxslər, 27-i (2,5%) qadınlar, 4-ü (0,4%) yetkinlik yaşına çatmayandır.

Cari ilin 1-ci yarmilliyində daxili işlər orqanları tərəfindən görülmüş tədbirlər nətijəsində keçmiş illərdən bağlı qalmış 170, o cümlədən  18 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

Ötən ilin analoji dövrü ilə müqayisədə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı  11,7% (-102; 773-875), qrup şəklində törədilmiş cinayətlər 5,9% (-54; 863-917), xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilmiş cinayətlər 32,4% (-67; 140-207) azalmış, onlara qarşı törədilən cinayətlərin sayı 25,5% (+13; 64-51) artmışdır.

2006-cı ilin yanvar-iyun aylarında axtarışda olan təqsirləndirilən şəxslərin 2192 (58,1%)  nəfəri, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 228 ( 26,1%) şəxs tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 974 nəfərdən  571-nin (58,6%)  yeri müəyyən edilmişdir.

Müxtəlif cinayətlər törətdiklərinə görə  müəyyən edilmiş 8386 şəxsdən 5744 nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 590 (10,3%) qadınlar, 151 (2,6%) yetkinlik yaşına çatmayanlar, 5047 (87,9%) işləməyən və oxumayan, 696 (12,1%) isə əvvəllər məhkum edilmişlər olmuşdur.

Cinayət nəticəsində 4612 şəxs xəsarət almış, onlardan 1983 qadın, 112 yetkinlik yaşına çatmayan, o cümlədən cinayət nəticəsində həlak olmuş 593 şəxsdən 134 qadın, 43 yetkinlik yaşına çatmayanlardır.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi