Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Əhmədov Əhməd Hüseyn oğlu


Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhmədov Əhməd Hüseyn oğlu

1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində  anadan olmuşdur.1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1990-cı ildən  daxili işlər orqanlarında xidmət edir.

1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci  il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru,  30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.

Ailəlidir. Dörd övladı var.