Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2015-ci ilin yekun təhlili


2015-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil

2015-ci il ərzində daxili işlər orqanları tərəfindən digər hüquqmühafizə orqanları ilə birlikdə cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunmuş, respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (277) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26916 (2014-cü illə müqayisədə +9,4%) cinayət qeydə alınmışdır. Onların 87,5 %-i və ya 23545-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuş, açılması isə 82,4% olmuşdur. Bu cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən (12588) və az ağır (7243), yalnız 15,8%-ni (3714) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.

Cinayətlərin 19,7%-i (4631) şəxsiyyət əleyhinə, 48,2% (11359) iqtisadi fəaliyyət sahəsində, 28,9% (6803) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3,2%-i (751) dövlət hakimiyyəti əleyhinə olanlar təşkil etmişdir.
Cinayətlərin strukturunda qəsdən adam öldürmə 7,3% (-16), mənimsəmə və israf etmə 34% (-70), avtonəqliyyatın qaçırılması 26,6% (-89), yol hərəkəti və nəqliyyat vasitələrin istismar qaydalarını pozma 14,8% (-301), o cümlədən ölümlə nəticələnən YHN 22,9% (-175), xuliqanlıq 4,5% (-52) azalmış, dələduzluqlar 37,1% (+991), oğurluqlar 8,1% (+476), o cümlədən mənzillərdən oğurluqlar 13,5% (+257), soyğunçuluq 40,2% (+97), quldurluq 31,9% (+51), hədə-qorxu ilə tələb etmə 42,9% (+24), qaçaqmalçılıq 16,1% (+5), korrupsiya ilə bağlı cinayətlər 18,4% (+34) artmışdır. 
Ağır və xüsusilə ağır cinayətlərin 80%, o cümlədən qəsdən adam öldürmələrin 98,2%, hədə-qorxu ilə tələb etmələrin 89,8%, quldurluqların 70,7% açılması təmin edilmiş, habelə keçmiş illərdən bağlı qalmış 344, o cümlədən 93 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Bağlı qalmış 3861 cinayətin 82,2%-ni (3173) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 17,8% (688) ağır və xüsusilə ağır növlər təşkil etmiş, onlardan da 60,9% (419) mülkiyyət əleyhinə, 29,1% (200) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 7,8% (54) şəxsiyyət əleyhinə olan cinayətlərdir.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 109 (+12) cinayət faktı müəyyənləşdirilərək 17 nəfərdən ibarət 8 cinayətkar qrup cinayət məsuliyyətinə cəlb olunmuş, bu əməllərin qurbanı - 63 (+11) şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir. 

İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 210 (+27), o cümlədən 62 (-17) fahişəliyə cəlb etmə və 134 (+48) əxlaqsız yuvaları saxlama cinayəti aşkarlanaraq 107 nəfər məsuliyyətə cəlb olunmuşdur.
İctimai yerlərdə baş vermiş cinayətlər 2%, yetkinlik yaşına çatmayanların cinayətləri 2,4% azalmışdır. Bütövlükdə respublika üzrə açılması təmin edilmiş 293 qəsdən adam öldürmə və ona cəhdin 52,2%-i (153-çü) ailə-məişət münaqişələri zəminində baş vermişdir.
Hesabat ilində mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 2043, o cümlədən 842 ağır və xüsusilə ağır cinayət törətmiş 2637 nəfəri birləşdirən 923 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir.
Narkotiklərlə əlaqədar 2935 (-3,6%), o cümlədən satış məqsədilə 786 (-1,9%) cinayət aşkar edilərək qeyri-leqal dövriyyədən 804 (+131) kq narkotik vasitə çıxarılmış, qanunsuz kultivasiya edilən 169 (-43) tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 169 nəfərdən ibarət 63 cinayətkar qrup yaxalanmış, 95,6 (+19,9) kq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Bu növ cinayət törətmiş 2386 nəfərdən 2126 (89,1%-i) işləməyən və oxumayan, 907 (38%) əvvəllər cinayət törətmiş şəxslər, 33 (1,4%) qadınlar təşkil etmişdir.

İctimai mənəviyyat əleyhinə (92,5%), şəxsiyyət əleyhinə (74,8%), mülkiyyət əleyhinə olan cinayətlərə (76,1%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir. 
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 1,4% yaxşılaşaraq istintaqdan və məhkəmədən yayınan 2534 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunmuşdur. 
Axtarış işinin göstəricisi bütövlükdə 69,1% , itkin düşənlərin tapılması isə 73,5% ( 887 şəxsdən 652) təşkil etmişdir.
Hüquqa zidd əməl törətmiş 16322 şəxsdən 13392 nəfər məsuliyyətə cəlb edilmiş, onlardan 10320 (77,1%) işləməyən və oxumayan, 2432 (18,2%) əvvəllər məhkum edilmiş, 858 (6,4%) qadın, 416 (3,1%) yetkinlik yaşına çatmayanlar olmuşdur. 

                    Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi