Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2010-cu ilin 1-ci yarımili üzrə təhlil


2010-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2010-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 11375 (2009-cu ilin müvafiq dövrü ilə müqayisədə +195 və ya 1,7%), o cümlədən daxili işlər orqanları tərəfindən 10920 (+240; 2,2%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4621-i (42,3%) böyük ictimai təhlükə törətməyən, 4943-ü (45,3%) az ağır, 1356-ı (12,4%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 3927-i (2009-cu ilin müvafiq dövrü ilə müqayisədə +165 və ya 4,4%) şəxsiyyət əleyhinə, 3068-i (+41; 1,4%) iqtisadi sahədə törədilən, onlardan 2984-ü (+45; 1,5%) mülkiyyət əleyhinə, 3531-i (+92; 2,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 391-i (-61; -13,5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 87,5%, onlardan hədə-qorxu ilə tələb etmələrin 100,0%, ekoloji cinayətlərin 98,0%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,4%, qaçaqmalçılıq cinayətlərinin 96,8%, qəsdən adam öldürmə və narkotik vasitələrlə bağlı cinayətlərin 94,1%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,2% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,8%), xuliqanlıqların 93,0%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,5%, mənimsəmə və israf etmə cinayətlərinin 92,2%, dələduzluq cinayətlərinin 90,1%, insan alveri ilə bağlı cinayətlərin 89,0%, zorlamaların 85,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 78,9%, soyğunçuluqların 75,5% açılması təmin edilmişdir.

2010-cu ilin yanvar-iyun ayları ərzində cinayətkarlığın dinamikası quldurluq cinayətlərinin 14,8% (-13; 75-88), insan alveri ilə bağlı cinayətlərinin 18,8% (-34; 147-181), qaçaqmalçılıq cinayətlərinin 26,7% (-12; 33-45), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 33,3% (-6; 12-18) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.

Ağır və xüsusilə ağır cinayətlər 192 (+16,5%; 1356-1164), az ağır cinayətlər 106 (+2,2%; 4943-4837), oğurluq 47 (+2,6%; 1836-1789), o cümlədən mənzillərdən 30 (+5,6%; 567-537), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 55 (+3,2%; 1801-1746) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 422 (+51; 13,7%) şəxs həlak olmuşdur.

İnsan alveri ilə bağlı cinayətlərə görə 70 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 3,2% (+3; 98-95) artmış, həmin cinayətləri törədənlərin 65,7% (46) qadınlar olmuşdur.

Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 317 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 63 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1387 nəfərdən 1244-ü (89,7%) əmək qabiliyyətli işləməyən və oxumayan, 350-i (25,2%) əvvəllər cinayət törətmiş şəxs, 29-u (2,1%) qadın, 1-i (0,1%) yetkinlik yaşına çatmayandır.

Görülmüş tədbirlər nəticəsində keçmiş illərdən bağlı qalmış 188, o cümlədən 33 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən 0,7% (+6; 889-895), yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 5,3% (+11; 207-218) artmış, qadınlar tərəfindən -7,0% (-81; 1076-1157), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı isə -1,2% (-92; 7492-7400) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1145-i (45,2%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 153 nəfər (6,1%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 629 şəxsdən 344-nün (54,7%) yeri müəyyən edilmişdir.

2010-cu ilin 1-ci yarımilliyi ərzində 6966 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 5752-i (82,6%) işləməyən və oxumayan, 732-i (10,5%) qadın, 876-ı (12,6%) əvvəllər məhkum edilmiş, 175-i (2,5%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

 

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi