Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Təlimatda istifadə olunan əsas anlayışlar


2.1. Vətəndaşların müraciətləri (bundan sonra “müraciət”) - vətəndaşların daxili işlər orqanlarına daxil olmuş yazılı təklif, ərizə və ya şikayətləri, habelə şifahi məlumatlarıdır.

2.2. Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin  yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciətdir.

2.3. Ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.        

2.4. Şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciətdir.

2.5. Sorğu - daxili işlər orqanlarının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə  informasiyanı əldə etmək üçün müraciətdir.

2.6. Vətəndaşların şifahi müraciətləri - vətəndaşların qəbulu zamanı, “102” xidməti-zəng mərkəzi sistemi və digər vasitə ilə şifahi formada daxil olmuş  və müvafiq qaydada qeydiyyata alınaraq sənədləşdirilmiş  məlumatlardır.

2.7. Vəzifəli şəxs - daimi, müvvəqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslərdir.