Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2009-cu ilin 1-ci yarımili üzrə təhlil


2009-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili.

2009-cu ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 11175 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +837 və ya 8,1%), o cümlədən daxili işlər orqanları tərəfindən 10678 (+746; 7,5%) cinayət qeydə alınmışdır.
DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4678-i (43,8%) böyük ictimai təhlükə törətməyən, 4835-i (45,3%) az ağır, 1165-i (10,9%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 3763 (2008-ci ilin müvafiq dövrü ilə müqayisədə +206 və ya 5,8%) şəxsiyyət əleyhinə, 3026 (+368; 13,8%) iqtisadi sahədə törədilən, onlardan 2938 (+335; 12,9%) mülkiyyət əleyhinə, 3438 (+84; 2,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 451 (+88; 24,2%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 jinayətdən 1-i az ağır, hər 6-jısı oğurluq və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,9%, onlardan qaçaqmalçılıq cinayətlərinin 100%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,1%, seksual xarakterli zorakılıq hərəkətlərinin 95,2%, ekoloji cinayətlərin 95,1%, mənimsəmə və israf etmə cinayətlərinin 95,0%, insan alveri ilə bağlı cinayətlərin 94,3%, narkotik vasitələrlə bağlı cinayətlərin 93,9%, zorlamaların 93,8%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 93,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 95,1%, xuliqanlıqların 92,7%, qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,1%, dələduzluq cinayətlərinin 89,9%, qəsdən adam öldürmələrin 84,7%, hədə-qorxu ilə tələb etmələrin 80%, adam oğurluqların 72,7%, soyğunçuluq cinayətlərinin 68,8% açılması təmin edilmişdir.

2009-cu ilin yanvar-iyun aylarında cinayətkarlığın dinamikası qəsdən adam öldürmə cinayətlərinin 9,9% (-8; 73-81), quldurluq cinayətlərinin 22,8% (-26; 88-114), insan alveri cinayətlərinin 25,8% (-63; 181-244), adam oğurluğu cinayətlərinin 6,7%  (-1; 14-15), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 18,2 % (-4; 18-22),  dələduzluq cinayətlərinin 2,1% (-14; 649-663) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.
Ağır və xüsusilə ağır cinayətlər 9 (+0,8%; 1165-1156), az ağır cinayətlər 318 (+7,0%; 4835-4517), oğurluq 370 (+26,1%; 1790-1420), o cümlədən mənzillərdən 146 (+37,3%; 537-391), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 88 (+5,3%; 1745-1657), o cümlədən satış və ya satış məqsədi ilə 16 (+2,4%; 677-661), soyğunçuluq 28 (+16,9%; 194-166), avtonəqliyyatın qaçırılması 3 (+4,1%; 77-74) fakt artmışdır. Yol-nəqliyyat hadisələrində 371 (-10; 2,6%) şəxs həlak olmuşdur.

İnsan alveri ilə bağlı cinayətlərə görə 134 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı -15,9% (-18; 95-113) azalmış, həmin cinayətləri törədənlərin 68,7% (92) qadınlar olmuşdur.
Daxili işlər orqanları tərəfindən hesabat dövründə qanunsuz dövriyyədən 735 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox) narkotik vasitə götürülmüş, 247 kq-a yaxın (+4,0 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1243 nəfərdən 1172-i (94,3%) əmək qabiliyyətli işləməyən və oxumayan, 280-ı (22,5%) əvvəllər cinayət törətmiş şəxs, 28-i (2,3%) qadın, 3-ü (0,3%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 227, o cümlədən 48 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 4,3% (+36; 881-845), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı 4,8% (+339; 7469-7130) artmış, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 12,7% (-30; 206-236) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1286-ı (48,1%),        o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 193 nəfər (7,2%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 762 şəxsdən  451-nin (59,2%) yeri müəyyən edilmişdir.
2009-cu ilin 1-ci yarımilliyində 7184 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 6033-ü (84,0%) işləməyən və oxumayan, 881-i (12,3%) qadın, 865-i (12,0%) əvvəllər məhkum edilmiş, 163-ü (2,3%) yetkinlik yaşına çatmayanlar olmuşdur.

                               Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi