Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2008-ci ilin 1-ci yarımili üzrə təhlil


 2008-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin

 T Ə H L İ L İ

 

2008-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 10338 (2007-ci ilin müvafiq dövrü ilə müqayisədə +1371 və ya 15,3% ), o cümlədən daxili işlər orqanları tərəfindən 9932 (+1256; 14,5% ) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 4259-u (42,9%) böyük ictimai təhlükə törətməyən, 4517-i (45,8%) az ağır, 1156-ı (11,6%) ağır  və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 3557 (2007-ci ilin 1-ci rübü ilə  müqayisədə +380 və ya 11,9%) şəxsiyyət əleyhinə, 2658 (+611; 29,8%) iqtisadi sahədə törədilən, onlardan 2603 (+611; 30,7%) mülkiyyət əleyhinə, 3354 (+279; 9,1%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 363 (-13; 3,4%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Qeydiyyata alınmış hər 2 jinayətdən 1-i az ağır, hər 6-sı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 7-si oğurluq jinayəti  olmuşdur.

Qeyd olunmalıdır ki, daxili işlər orqanları tərəfindən  qeydiyyata alınmış cinayətlərin 90,4%, onlardan ekoloji cinayətlərin 98,8%, mənimsəmə və israetmə cinayətlərinin 97,8%,şəxsiyyət əleyhinə olan cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 96,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 93,8%, dələduzluq cinayətlərin 93,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 93,6%, xuliqanlıq cinayətlərinin 92,2%, qaçaqmalçılıq cinayətlərinin 91,2%, adam oğurluqları cinayətlərin 88,9%, soyğunçuluq cinayətlərinin 85,5%, qəsdən adam öldürmə cinayətlərinin 84,6%, zorlama (cəhdlərlə) cinayətlərinin  83.3%, avtonəqliyyat qaçırılmaları cinayətlərinin 79,4%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 78,9%  açılması təmin edilmişdir.

2008-ci ilin 1-ci yarımilliyində cinayətkarlığın dinamikası hədə-qorxu ilə tələb etmə cinayətlərinin 43,6% (-17; 22-39), avtonəqliyyat oğurluğu cinayətlərinin 38,5%  (-5; 8-13), mal-qara oğurluğu cinayətlərinin 28,8% (-34; 84-118), mənimsəmə və israf etmə cinayətlərinin 24,4% (-11; 34-45), qəsdən adam öldürmə cinayətlərinin 4,7% (-4; 81-85), qəsdən sağlamlığa  ağır zərər vurma cinayətlərinin 4,2%   (-5; 114-119), ekoloji cinayətlərin 4,2% (-4; 90-94), zorlama cinayətlərinin 2 dəfə (-8; 8-16), rüşvət cinayətlərinin 2 dəfə (-2; 2-4) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayı 37(-5,3%; 656-693), o cümlədən ölümlə nəticələnən YNH 40(-11,5%; 308-348) fakt azalmışdır. Yol-nəqliyyat hadisələrində 381(-31; 7,5%) şəxs həlak olmuşdur.

Ağır və xüsusilə ağır cinayətlər 231 (+24,9%; 1156-925), az ağır cinayətlər 407 (+9,9%; 4517-4110), oğurluq 413 (+41%; 1420-1007), o cümlədən mənzillərdən 103 (+37,8%; 391-288), dələduzluq  111 (+20,1%; 663-552); soyğunçuluq 66 (+66%; 166-100), quldurluq 38 (+50%; 114-76), avtonəqliyyatın qaçırılması 35 (+89,7%; 74-39), xuliqanlıq 32 (+6,3%; 544-512) fakt artmışdır.

Hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə (+106; 244-138), o cümlədən fahişəliyə cəlb etmə  və ya əxlaqsız yuvaları saxlama 83 fakt (185-102), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 13,1% (+192; 1657-1465), o cümlədən satış və ya satış məqsədilə 27,1% (+141; 661-520) artmışdır.

2008-ci ilin yanvar-iyun aylarında insan alveri ilə bağlı cinayətlərə görə 218 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 2,4 dəfə (+65; 113-48) artmış, həmin cinayətləri törədənlərin 51,8% (113) qadınlar təşkil etmişdir.

Daxili işlər orqanları tərəfindən hesabat dövründə  qanunsuz dövriyyədən 340  kiloqramdan artıq ( ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çox) narkotik vasitə götürülmüş, 61,4 kq-a yaxın (-1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınmışdır.            

                   

Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1186 nəfərdən 1096-ı (92,4%) əmək qabiliyyətli işləməyən və oxumayan, 293-ü (24,7%) əvvəllər cinayət törətmiş şəxs, 27-i (2,2%) qadın, 2-i (0,2%) yetkinlik yaşına çatmayandır.

Görülmüş tədbirlər nəticəsində Daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 174, o cümlədən 24 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2007-ci ilin 1-ci yarımilliyi ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 17,7% (+42; 279-237), qadınlar tərəfindən 6,5% (+65; 1058-993), əcnəbilər tərəfindən törədilmiş cinayətlər 12,9% (+20; 175-155) artmış, əvvəllər cinayət etmiş şəxslər tərəfindən  törədilən cinayətlər 5,4% (-67; 1171-1238) azalmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1530-u (52,6%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 193 nəfər (6,6%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 879 şəxsdən 533-nün (60,6%) yeri müəyyən edilmişdir.

 

2008-ci ilin yanvar-iyun aylarında 6627 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 818-i (12,3%) qadınlar, 186-ı (2,8%) yetkinlik yaşına çatmayanlar, 5546-ı (83,7%) işləməyən və oxumayan, 792-i (8%) əvvəllər məhkum edilmişlər olmuşdur.

 Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi