Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Tibb İdarəsi


Daxili işlər orqanları əməkdaşlarının, Nazirlik sistemi işçilərinin və təqaüdçülərinin, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanator-kurort və digər tədbirləri həyata keçirən müstəqil struktur hissədir.

İdarənin tabeliyində General-leytnanat A.N.Heydərov adına Respublika Hospitalı, poliklinikalar, Gigiyena-Epidemiologiya Mərkəzi, Stomotoloji Mərkəz, Xüsusi Həkim Komissiyası və onun nəzdində Psixofizioloji laboratoriya, əczaxana,  ambulatoriyalar, tibb məntəqələri, Müalicə-bərpa Mərkəzi fəaliyyət göstərir.

260 çarpayıya malik çoxsahəli tibb müəssisəsi olan general-leytnant A.N.Heydərov adına Respublika Hospitalı 1965-ci ildə istifadəyə verilmişdir. Hospitalda terapiya, kardiologiya, cərrahiyyə, nevroloji, stomotoloji, fizioterapiya, funksional-diaqnostika, reabilitasiya, reanimasiya, travmatologiya şöbələri, burun-boğaz-qulaq, oftolmoloji, ginekoloji kabinələr, əczaxana və kilinik-biokimyəvi laboratoriya vardır.