Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş İctimai Təhlükəsizlik İdarəsi


İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxslərin mühafizəsi və müşayiəti, diplomatik nümayəndəliklərin mühafizəsi, karantin tədbirlərinin, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti, Nazirliyin səlahiyyətləri çərçivəsində hərbi və xüsusi daşınmaları həyata keçirən müstəqil struktur hissədir.

Baş İdarənin strukturuna - Profilaktik işin təşkili şöbəsi, Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi, Post-patrul xidmətinin təşkili şöbəsi, İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi şöbəsi, Müvəqqəti saxlama yerlərində xidmətin təşkilinə nəzarət şöbəsi, Sahə inspektorlarının işinin təşkili bölməsi, Milli, dini məsələlər üzrə bölmə, İcazə sistemi bölməsi, Təbiəti mühafizə və sanitar-epidemioloji xidmətləri ilə əlaqəli işin təşkili bölməsi, Təşkilati-analitik bölmə, xüsusi daşınma qrupu və dəftərxana daxildir.

Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru Baş İdarəyə bilavasitə tabe olan strukturlardır.

Baş İdarənin vəzifələri:

  • ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsini təmin edir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxılmasını, habelə xüsusi icazələrin (lisenziyaların) verilməsini təşkil edir;
  • azyaşlılara nəzarətsizliyin qarşısının alınmasında digər dövlət və ictimai təşkilatlarla birlikdə iştirak edir;
  • Azərbaycan Respublikasının bütün ərazisində və ya onun ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə və ya hərbi vəziyyət rejiminin təminində, fövqəladə halların qarşısının alınması və onların aradan qaldırılması üzrə vahid dövlət tədbirlərinin, həmçinin karantin tədbirlərinin həyata keçirilməsində iştirak edən daxili işlər orqanlarının fəaliyyətini təşkil edir;
  • hərbi daşımaları həyata keçirilməsini təşkil edir;
  • ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları həyata keçirmək;
  • müvəqqəti saxlanılma yerlərində xidmətin təşkilinə nəzarət etmək;
  • xüsusi icazə (lisenziya) verilməsi sahəsində daxili işlər orqanlarının səlahiyyətinə aid edilmiş fəaliyyətin həyata keçirilməsinə nəzarət etmək;
  • xidməti və mülki silahın dövriyyəsinə və döyüş sursatının saxlanılması qaydalarına riayət olunmasına nəzarət etmək.