Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi


 
Azərbaycan Respublikası Daxili İşlər Orqanları sistemində Statistik İnformasiya xidmətinin yaradılması tarixi

Azərbaycanda XX əsrin 20-ci illərində cinayət  hadisələrinin qeydiyyatının aparılması məqsədilə Dövlət siyasi idarəsinin tərkibində Mərkəzləşdirilmiş statistik bölmə, sonradan (30-40-cı illər) Azərbaycan SSR Xalq Komissarlığında  əməliyyat, daktiloskopik və arxiv işlərinin aparılması üçün xüsusi şöbə, 1972-ci ildə isə Azərbaycan SSR Daxili İşlər Nazirliyində idarə səlahiyyətli Məlumat Mərkəzi yaradılmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22.04.1992-ci il tarixli 228 №li əmri ilə Məlumat Mərkəzi  Əməliyyat və Statistik İnformasiya İdarəsi adlandırılmışdır.

İdarə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 83 №li Fərmanı ilə Baş İdarə statusunda müəyyən edilmişdir.

 
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi

Respublikada qeydiyyata alınmış cinayətlərin, habelə cinayət törətmiş və cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən, məhkum olunmuş, itkin düşmuş, mülki-hüquqi öhdəliklərin icrasından yayınan şəxslərin, oğurlanmış, talanmış, itirilmiş və aşkar edilmiş odlu silahların (döyüş sursatlarının), axtarışda olan nəqliyyat vasitələrinin, nömrəli sənədlərin və əşyaların, elmi-texniki, ədəbi-bədii və mədəni-tarixi sərvətlər sayılan əşyaların vahid mərkəzləşdirilmiş uçotunu aparır.

"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Qanuna əsasən ölkə vətəndaşlarının, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi, yaxud qaçqın statusu əldə edilməsi barədə vəsatət vermiş əcnəbilərin dövlət daktiloskopik qeydiyyatının aparılmasını təşkil edir.

Daxili İşlər Orqanlarında uçot-qeydiyyat intizamına riayət olunmasına  nəzarət edir,  bu istiqamətdə polis orqanlarına metodiki köməklik göstərir.

Respublikada cinayətkarlığın, onunla mübarizə işinin vəziyyətini əks etdirən dövlət və təşkilatdaxili hesabatlar hazırlayır.

Səlahiyyətlərinə aid daxil olunmuş müraciətlər əsasında əməliyyat-sorğu, axtarış, kriminal, statistik, arxiv və digər yönümlü məlumatlar hazırlayır.

Daxili işlər orqanlarının fəaliyyəti nəticəsində toplanan sənədlərin arxivləşdirilməsini, arxiv işlərinin fondlar üzrə saxlanılmasını həyata keçirir.