Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

IV fəsil. Yekun müddəaları


Maddə 26. Daxili qoşunların hərbi qulluqçularının hüquqi vəziyyəti 
Daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
Daxili qoşunların hərbi qulluqçuları öz xidməti vəzifələrini yerinə yetirərkən dövlətin müdafiəsi altında olmaqla qanunla səlahiyyətinə aid olan qərarları müstəqil qəbul edir və onların icrasını (o cümlədən məcburi qaydada) həyata keçirirlər.

Maddə 27. Daxili qoşunların maliyyələşdirilməsi 
Daxili qoşunlar Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrıca maddə üzrə maliyyələşdirilir.

Maddə 28. Daxili qoşunların əsas fondları 
Daxili qoşunların hərbi şəhərcikləri, yaşayış binaları və digər tikililəri, tədris obyektləri, onlarda yerləşən tədris-material bazası və tədrisin texniki vasitələri, habelə daxili qoşunların öz vəzifələrini yerinə yetirmək üçün istifadə etdikləri tabel mühəndis kompleksləri Azərbaycan Respublikasının mülkiyyətidir və daxili qoşunların əsas fondlarını təşkil edir.
Daxili qoşunlar sadalanan və onlar üçün ayrılmış digər əmlak barəsində operativ idarəetmə hüququndan istifadə edirlər.
Daxili qoşunlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaqdan, təbii sərvətlərdən, hava və su məkanından istifadə edirlər.

Maddə 29. Daxili qoşunların maddi-texniki və hərbi təminatı 
Azərbaycan Rsepublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təklifi üzrə hərbi hissələrin funksional təyinatını nəzərə alaraq daxili qoşunların maddi-texniki və hərbi təminatı qaydasını və normalarını müəyyənləşdirir.
Hərbi texnika Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təmir müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Hərbi Dəniz Donanmasının zavodlarında daxili qoşunların müqavilələri (sifarişləri) əsasında təmir edilir.
Daxili qoşunların hərbi hissələrinin (bölmələrinin) yerləşdirilməsi üçün obyektlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyənləşdirilmiş qaydada və normalar üzrə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi xüsusiyyətlər nəzərə alınmaqla), daxili qoşunların qoruduqları obyektlərin tabe olduğu nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların hesabına, Daxili Qoşunlar Baş İdarəsinin, daxili qoşunların hissələrinin, hava və su hərbi hissələrinin, əməliyyat təyinatlı hərbi hissələrinin və motorlaşdırılmış hərbi hissələrinin, daxili qoşunların idarələrinin və hərbi təhsil müəssisələrinin yerləşdirilməsi üçün obyektlər isə maddi ehtiyatlarla mərkəzləşdirilmiş qaydada təmin edilməklə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət büdcəsi və yerli icra hakimiyyəti orqanlarının büdcələri hesabına tikilir və ya əvəzsiz olaraq onlara verilir.
Hərbi şəhərcikləri, hərbi hissələri (bölmələri) yerləşdirmək üçün ayrılan bina və qurğuların təmiri və onlara kommunal xidmət daxili qoşunların şəxsi heyəti xidmət vəzifələrini hansı nazirliklərin və baş idarələrin mənafeyi üçün icra edirsə, həmin nazirliklərin və baş idarələrin, habelə yerli icra hakimiyyəti orqanlarının ayırdıqları insan və material ehtiyatlarından ötrü Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan təxsisat hesabına həyata keçirilir.
Mühəndis-texniki qurğular daxili qoşunların qoruduqları obyektlərin tabe olduğu nazirliklərin, baş idarələrin, müəssisələrin, dövlət idarələrinin və təşkilatlarının vəsaiti hesabına tikilir, əsaslı təmir edilir, yenidən qurulur və istismarı təmin olunur.
Daxili Qoşunlar Baş İdarəsinin, daxili qoşunların hava və su hərbi hissələrinin, əməliyyat təyinatlı hərbi hissələrinin və motorlaşdırılmış hərbi hissələrinin, daxili qoşunların idarələrinin və hərbi təhsil müəssisələrinin binaları müvafiq surətdə Azərbaycan Respublikasının dövlət büdcəsi və maddi ehtiyatlarla mərkəzləşdirilmiş qaydada təmin olunmaqla yerli icra hakimiyyəti orqanlarının büdcələri hesabına təmir edilir və onlara kommunal xidmətlər göstərilir.
Müvəqqəti olaraq vəzifələrini hərbi hissələrinin daimi yerləşdiyi yerlərdən kənarda icra edən daxili qoşunların hərbi qulluqçuları yerləşmək üçün yaşayış sahəsi, kommunal xidmətlər, rabitə xətləri və kanalları, avtonəqliyyat vasitələri, yanacaq-sürtgü materialları və əlavə ərzaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən xüsusi ayrılan vəsait hesabına təmin edilirlər.
Maddə 30. Daxili qoşunların fəaliyyətinin qanuniliyinə nəzarət 
Daxili qoşunların fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, hərbi birləşmələrin təşkilat strukturunun onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının daxili işlər naziri həyata keçirir.
Daxili qoşunlar tərəfindən qanunların icrasına Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada nəzarət edirlər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 8 fevral 1994-cü il
№ 781

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 sentyabr 1994-cü il, № 181).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1994-cü il, № 17, maddə 233) .
7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 887-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.