Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

I fəsil. Ümumi müddəalar


Maddə 1. Azərbaycan Respublikasının daxili qoşunları 
Azərbaycan Respublikasının daxili qoşunları (bundan sonra daxili qoşunlar) onlara həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.

Maddə 2. Daxili qoşunların fəaliyyəti haqqında qanunvericilik 
Daxili qoşunların fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət orqanlarının normativ aktlarından ibarətdir.

Maddə 3. Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri 
Qanunçuluq, insan hüquqlarına və azadlıqlarına hörmət, humanizm, təkbaşçılıq, mərkəzləşmiş idarəetmə, ümumi hərbi vəzifə və qoşunların könüllülük qaydasında bağlaşma üzrə komplektləşdirilməsi, hərbi qulluqçuların xidmət çəkməsinin əraziyə bağlı olmaması daxili qoşunların faliyyətinin əsas prinsipləridir.
Daxili qoşunlar hər bir şəxsi onun vətəndaşlığından, yaşayış yerindən, sosial mənşəyindən, əmlak və vəzifə mövqeyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, yaşından, təhsilindən, dilindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayətkar qəsdlərdən müdafiə edirlər.
Vətəndaşların hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına ancaq qanunla nəzərdə tutulmuş əsasda və qaydada yol verilir.

Maddə 4. Daxili qoşunların vəzifələri 
Daxili qoşunlar:
a) mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edirlər;
b) mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edirlər;
v) mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
q) islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərirlər;
ğ) mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər;
d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi-texniki və hərbi təchizat idarələrinin anbarlarını və hərbi bazalarını mühafizə edirlər;
e) digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində patrul-post xidməti vasitəsi ilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər;
ə) qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına kömək göstərirlər;
j) yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edirlər;
z) zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak edirlər.
Daxili qoşunlara başqa vəzifələr ancaq qanunla həvalə edilə bilər.
Daxili qoşunları qeyri-zorakı xarakterli icazəsiz mitinqlərin, yığıncaqların, küçə yürüşlərinin və nümayişlərinin qarşısının alınmasına cəlb etmək qadağandır.

Maddə 5. Daxili qoşunların hərbi qulluqçularının hüquqları 
Daxili qoşunların hərbi qulluqçuları onlara həvalə edilmiş vəzifələrin icrası zamanı aşağıdakı hüquqlara malikdirlər:
a) vətəndaşlardan və vəzifəli şəxslərdən ictimai asayişi gözləməyi tələb etmək, cinayətlərin, inzibati hüquq pozuntularının və hərbi qulluqçuların vəzifələrinin icrasına mane olan hərəkətlərin qarşısını almaq;
b) vətəndaşların və vəzifəli şəxslərin cinayət və ya inzibati hüquq pozuntuları törətməsindən şübhələnmək üçün kifayət qədər əsas olduqda onların şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq;
v) hüquq pozuntusu törətmiş və ya törətməyə cəhd edən şəxsləri, yaxud şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada vətəndaşları tutub polis orqanlarına təhvil vermək;
q) mühafizə olunan obyektlərə qəsd edən şəxsləri polis orqanlarına təhvil verənədək üç saatdan çox olmamaqla xidməti otaqlarda saxlamaq, onların üst-başını, əşyalarını və sənədlərini yoxlamaq;
ğ) daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərdə müəyyənləşdirilmiş qaydaları pozan nəqliyyat vasitələrini və üzgü vasitələrini (gəmiləri) yoxlamaq;
d) zərurət olduqda ağır cinayətlərin qarşısını almaq, mühafizə edilən əraziyə soxulmuş şəxsləri axtarıb tutmaq, cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və ya mühafizədən qaçmış şəxsləri axtarmaq məqsədilə, mülkiyyət formasından asılı olmayaraq, müəssisələrin, idarələrin və təşkilatların (diplomatik immunitetə malik olanlardan başqa) ərazilərinə, binalarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada girmək;;
e) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtararkən, mühafizə edilən əraziyə soxulmuş şəxsləri izləyərkən, kütləvi iğtişaşların və ictimai asayişin qrup halında pozuntularının qarşısını alarkən, habelə təbii və digər fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların, buna bənzər digər halların nəticələrini aradan qaldırarkən yuxarı operativ rəisin, müstəsna hallarda isə hərbi hissə və ya bölmə komandirinin qərarı ilə ərazi hissələrini, ayrı-ayrı tikililəri və başqa obyektləri dövrəyə almaq, lazım gəldikdə isə nəqliyyat vasitələrini və üzgü vasitələrini (gəmiləri) yoxlamaq;
ə) cəza çəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrumetmə yerindən və mühafizə altından qaçmış şəxsləri axtarış zamanı tutarkən onların üst-başını yoxlamaq;
j) daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası zamanı onlara kömək göstərmiş vətəndaşları mükafatlandırmaq.

Maddə 6. Daxili qoşunların tərkibi 
Daxili qoşunlar:
a) mühüm dövlət obyektlərinin və xüsusi yüklərin mühafizəsi üzrə hərbi hissələrdən və bölmələrdən;
b) motorlaşdırılmış, su, hava hərbi hissələrindən və bölmələrindən;
v) əməliyyat təyinatlı hərbi hissələrdən və bölmələrdən;
q) hərbi təhsil müəssisələrindən;
ğ) idarəetmə orqanlarından və müəssisələrindən, habelə daxili qoşunların fəaliyyətinin təmin edilməsi üzrə xüsusi bölmələrdən (tikinti, rabitə və s.) ibarətdir.

Maddə 7. Azərbaycan Respublikasının Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri 
Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti daxili qoşunların fəaliyyətinin təmin olunması üçün onlara aid edilmiş məsələləri həll edirlər.
Azərbaycan Respublikasının Milli Məclisi:
a) daxili qoşunların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirən qanunvericilik aktlarını qəbul edir;
b) Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında daxili qoşunların strukturunu və sayını təsdiq edir;
v) daxili qoşunların hərbi qulluqçularının geyim formasını, hərbi rütbələrini, fərqlənmə nişanlarını müəyyənləşdirir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili qoşunların fəaliyyətinə aid digər məsələlər üzrə qərarlar qəbul edir.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı:
a) daxili qoşunların strukturu və sayı haqqında təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
b) Azərbaycan Rsepublikası daxili işlər nazirinin təqdimatı əsasında daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə, tətbiq planlarını və ştatlarını təsdiq edir;
v) daxili qoşunları fövqəladə vəziyyətin hüquqi rejiminin təmin olunmasına cəlb etmək haqqında əmr verir;
q) daxili qoşunların komandanını təyin (azad) edir;
ğ) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
a) daxili qoşunların fəaliyyətini təmin etmək üçün onları maddi-texniki vasitələrlə, silahla, xüsusi vasitələrlə və döyüş texnikası ilə təmin edir;
b) səfərbərlik elan edilərkən və müharibə dövründə nəqliyyat, rabitə vasitələrini və başqa maddi-texniki vasitələri hazırlayıb daxili qoşunlara vermək tapşırıqlarını, habelə digər səfərbərlik tapşırıqlarını müəyyənləşdirib Azərbaycan Respublikasının nazirliklərinə və baş idarələrinə, rayonların, şəhərlərin, şəhərdə rayonların icra hakimiyyəti orqanlarına, dövlət və bələdiyyə müəssisələrinə, idarələrə və təşkilatlara həvalə edir;
v) hərbi hissələrin və bölmələrin xüsusi hissələrə və bölmələrə aid edilməsinin əsaslarını müəyyənləşdirir;
q) Azərbaycan Respublikasının daxili qoşunlar tərəfindən mühafizə edilməli olan mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının və xüsusi yüklərin siyahısını müəyyənləşdirir;
ğ) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq daxili qoşunların fəaliyyətini təmin etmək məqsədilə digər məsələlər üzrə müvafiq qərarlar qəbul edir.

Maddə 8. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin daxili qoşunlara kömək göstərmək üzrə vəzifələri 
Dövlət orqanları və bu orqanların vəzifəli şəxsləri daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası üçün onlara öz səlahiyyətləri daxilində kömək göstərirlər.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi vətəndaşların daxili qoşunlarda hərbi xidmətə və toplanışlara çağırılmasını həyata keçirir, fövqəladə hallarda daxili qoşunlar öz vəzifələrini yerinə yetirərkən onların şəxsi heyətinin və texnikasının daşınması üçün hərbi nəqliyyat təyyarələri verir, daxili qoşunların zabit kadrlarının hazırlanmasına və ixtisasının artırılmasına kömək edir.
Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrıca sərəncamına əsasən pulsuz olaraq birinci növbədə:
a) daxili qoşunlara həvalə edilmiş vəzifələrin icrası üçün xüsusi uçuş tapşırıqlarını yerinə yetirən hava gəmilərinin onların aerodromlarında enməsini, dayanmasını, yanacaq doldurmasını və qalxmasını təmin edirlər;
b) xüsusi vaqonları, üzgü vasitələrini (gəmiləri) daxili qoşunların müvəqqəti istifadəsinə verir, dəmiryol stansiyalarında vaqonların saxlanması, daşınması, silahlı müşayiətçilərin xüsusi vaqonlara minməsi (düşməsi) üçün avadanlıqla təchiz edilmiş yerlər ayırırlar;
v) xidməti vəzifələrini icra edən daxili qoşunların hərbi qulluqçularının daşınmasına nəqliyyatın bütün növləri ilə kömək göstərirlər;
q) fövqəladə vəziyyətin hüquqi rejimini təmin etmək və fövqəladə halların nəticələrini aradan qaldırmaq vəzifələrini yerinə yetirən daxili qoşunların hərbi hissələrini və bölmələrini idarə etmək üçün rabitə xətləri və kanalları verirlər.