DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quba rayon sakini N.Musayevin cibindən pul oğurlamaqda şübhəli bilinən Q.Əlibəyov və S.Əmrəliyev tutulublar

20.04.2017

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

20.04.2017 tarixinə olan kriminal məlumatlar