DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayon sakini A.Əzizovanın evinə girərək quldurluq törətməkdə şübhəli bilinən R.Ağayev və C.Adıgözəlov saxlanılmışlar

23.03.2018

Martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparmışdır.

Sabunçu RPİ  15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılmışlar.

23.03.2018 tarixinə olan kriminal məlumatlar