DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Y.Əhmədova məxsus mağazadan 35600 manat oğurlamış K.Məmmədzadə tutulmuşdur

08.01.2016

Yanvarın 4-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 35600 manat oğurlanmışdır.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Məmmədzadə tutulmuşdur.

08.01.2016 tarixinə olan kriminal məlumatlar