DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

“Online” sistem ilə təşkil olunmuş qumarxana müəyyən edilmişdir

16.03.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonunun ərazisindəki “Ankara” kafesində, Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin “online” sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilmişdir.

Kafeyə baxış zamanı 1 ədəd “online” qumar oyun proqramı yazılmış noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.

16.03.2014 tarixinə olan kriminal məlumatlar