Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluğa görə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib
11 yanvar 2018Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Avtomlobil qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhər sakini Emil Həsənov saxlanılıb
11 yanvar 2018

Yanvarın 10-da saat 22 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə paytaxt sakini Coşqun Tağıyevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Zərərçəkən şəxs hadisənin Ə.Hacıeyev küçəsində baş verdiyini bildirib.

Dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb. Əlahiddə Çevik Polis Alayı, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Nizami və Xətai rayon polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  qaçırılan avtomobil saat 3.30-da Cavanşir küçəsində aşkar edilərək, onu idarə edən şəxslə birgə saxlanılıb.

Araşdırmalarla avtomlobili qaçırmaqda şübhəli bilinən şəxsin Bakı şəhər sakini Emil Həsənov olması müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Ələt qəsəbə sakini Saleh İsayevi qətlə yetirməkdə şübhəli bilinən Azər Həsənov saxlanılıb
11 yanvar 2018

Yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə məlumat verilib.

Araşdırmalar zamanı S.İsayevin baş nahiyyəsinə yumruqla vurulması nəticəsində yıxılaraq xəsarət alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ələt qəsəbə sakini Azər Həsənov müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. 

Giləzi qəsəbə sakini Rasim Cəbiyevə ayaq nahihiyəsindən açdığı atəşlə xəsarət yetirmiş Azər Rəhimov saxlanılıb
11 yanvar 2018

Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə  xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R.Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş  tapança götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib. 

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi
11 yanvar 2018

Yanvarın 11-də saat 18 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakini İlham Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zahid Şahbazovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılmışdır
11 yanvar 2018

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Əli Babayevin 40 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılmışdır.

5000 manatı oğurlamaqda şübhəli bilinən 2 azyaşlı saxlanılmışdır
11 yanvar 2018

Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən yanvarın 10-da şəhər sakini G.Əyyubovanın çantasından 5000 manatı oğurlamaqda şübhəli bilinən 2 azyaşlı saxlanılmışdır.

1 kompyuter, 1 planşet və 8 mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Mətləb Həsənov saxlanılmışdır
11 yanvar 2018

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da şəhər ərazisindəki mağazaların birindən 1 kompyuter, 1 planşet və 8 mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini Mətləb Həsənov saxlanılmışdır.

Sabirabad rayon sakini Əsəd Quliyevdən müvafiq sənədləri olmayan tüfəng götürülmüşdür
11 yanvar 2018

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Surra kənd sakini Əsəd Quliyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng götürülmüşdür.

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir
10 yanvar 2018Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.  

Mütəmadi aparılan hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsində ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib.

Belə ki, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov,  Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə 4 ədəd “İJ” və 1 ədəd “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov,  Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.

Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan 1 ədəd  “İJ-16” markalı tüfəng, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz “İJ” markalı ov tüfəngi götürüblər.

Silahlar aidiyyatı üzrə təhvil verilib.