Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Axtarışda olan Kamran Ocaqlı tutulub
17 iyul 2017

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Kamran Ocaqlı tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 6-da şəhər ərazisindəki mağazalardan birindən 200 manat pul, tütün məmulatı və  sərinləşdirici içki oğurlaması da müəyyən edilib.

Yalda bitən, ümumi çəkisi 238 kq olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib
17 iyul 2017

Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. 

Narkotiklərlə mübarizə tədbirləri uğurla davam edir
17 iyul 2017

Respublika daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində DİN-in müvafiq qurumları tərəfindən bu sahədə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib. 

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı Dəmir yolu Vağzalının ərazisində əvvəllər məhkum olunmuş Elşən Ağayevdən 1 kiloqram 100 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Namiq Bağırovdan 2 kiloqram marixuana, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sidqi Novruzovdan 1 kiloqram 700 qram heroin və 400 qram tiryək, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Namiq Bədəlovdan 680 qram marixuana götürülüb.

Ağsu RPŞ əməkdaşları tərəfindən Göydəlləkli kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 238 kiloqram olan 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Avtomobildən pul oğurlayan "isti izlər"lə yaxalandı
16 iyul 2017

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət edib. Zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pulqabısının oğurlandığını bildirib.

Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumat əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və "isti izlər"lə keçirilmiş tədbirlərlə o, saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Rövşən Əşrəfov olması müəyyən edilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan "Fiat" markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pulqabını götürərək oradan uzaqlaşdığını bildirib.  

R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pulqabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.  

Fakatla əlaqədar Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.    


Gün ərzində 60 cinayət faktı qeydə alınıb
16 iyul 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınıb, onların da 22-si “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.

4 nəfərə məxsus su mühərrikləri oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakinləri İsmayıl Həsənov və Saleh Osmanov tutulublar
16 iyul 2017

İyulun 12-nə keçən gecə Xaçmaz rayonunun Qoçaqlı kəndi ərazisində "Xan arxı" su kanalının kənarından kənd sakinləri olan 4 nəfərə məxsus su mühərrikləri oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İsmayıl Həsənov və Saleh Osmanov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulublar.

Kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 1,71 kq marixuana aşkar edilərək götürülüb
16 iyul 2017

Sabirabad RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Faiq Məhərrəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 1 kiloqram 710 qram marixuana aşkar edilərək götürülüb.

Oğurluqda şübhəli bilinən Ordubad rayon sakini Ağamalı Əliyev tutulub
16 iyul 2017

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki orta məktəblərdən birində otaqdan 900 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

Qusar rayonunun Ləyər Qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16 iyul 2017

İyulun 16-da saat 12 radələrində İyulun 16-da saat 12 radələrində Qusar rayonunun Ləyər Qışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Nəriman Məmmədov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən rayon sakini azyaşlı Məryəm Zərbəliyevanı vurub və nəticədə uşaq hadisə yerində ölüb. 

Qusar RPŞ tərəfindən araşdırma aparılır.  Xaçmaz rayon sakini Nəriman Məmmədov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən rayon sakini azyaşlı Məryəm Zərbəliyevanı vurub və nəticədə uşaq hadisə yerində ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır. 

Xızı rayonunun Baxışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16 iyul 2017

İyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasuf Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub. Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.