DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü saxlanılıb

17.04.2024

Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb. 
Onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb. R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.
R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=6SEZGT2hCI4

17.04.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub 17.04.2024
  • Qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb 17.04.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 17.04.2024
  • Aprelin 17-də ümumi çəkisi 2,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 17.04.2024
  • Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb 17.04.2024
  • Fatmayı qəsəbəsində evlərin birindən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən İ.Həşimov saxlanılıb 17.04.2024
  • İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü saxlanılıb 17.04.2024