Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Oqtay Quliyev tutulub
11 noyabr 2017

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki restoranlardan birindən musiqi aləti (sintezator) və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Quliyev tutulub.

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rəşad Məmmədov saxlanılıb
11 noyabr 2017

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Günay Nəsirovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini Rəşad Məmmədov saxlanılıb.

Oğurluqda şübhəli bilinən, Gəncə şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb
11 noyabr 2017

Noyabrın 10-da Gəncə şəhər sakini Saləddin Qoşqarova məxsus avtomobildən 20 manat və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən, şəhər sakinləri olan 3 yeniyetmə Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Çantadan 150 manat və sənəd oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Telman Mirzəliyev tutulub
11 noyabr 2017

Noyabrın 4-də Gəncə şəhər sakini Z.Gəncizadənin çantasından 150 manat və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Telman Mirzəliyev Kəpəz RPİ-nin əməkdaşları tərəfindən tutulub.

Otlaq sahəsindən 4 baş qoyunu oğurlamaqda şübhəli bilinən Ağsu şəhər sakini Rəşad Zeynalov tutulub
11 noyabr 2017

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən noyabrın 6-da Məmmədli kənd sakini İlham Məmmədova məxsus 4 baş qoyunu kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən şəhər sakini Rəşad Zeynalov tutulub.

Avtomobil qaçırmaqda şübhəli bilinən Nəbi Məhərrəmov tutulmuşdur
11 noyabr 2017

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə  noyabrın 8-də Yevlax rayonu ərazisindən Kənan Bağırzadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Nəbi Məhərrəmov tutulmuşdur.

Sabirabad rayonunun Nəriman kənd sakinləri Elnur Səmidovdan və qardaşı İsmətdən 2 ədəd tüfəng götürülüb
11 noyabr 2017

Sabirabad RPŞ-nin əməkdaşları Nəriman kənd sakinləri Elnur Səmidovdan və qardaşı İsmətdən 2  ədəd  “İJ-16” və “TOZ-16” markalı tüfəng götürüblər. 

Gəncə şəhər sakini Mirvari Əkbərova yük qatarı vurması nəticəsində ölüb
11 noyabr 2017

Noyabrın 11-də saat 14 radələrində Gəncə dəmir yolu stansiyasının ərazisində yük qatarı Gəncə şəhər sakini Mirvari Əkbərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən M.Əkbərova orada ölüb. 

Oğurluqda şübhəli bilinən Siyəzən şəhər sakini Xəyyam Şahbazov tutulub
11 noyabr 2017

Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 23-dən noyabrın 10-dək olan müddətdə rayon ərazisindəki 6 evdən pul, qızıl, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xəyyam Şahbazov tutulub.

Oğurluqda şübhəli bilinən Astara şəhər sakini Ramilə Məmmədova tutulub
11 noyabr 2017

Astara RPŞ-nin əməkdaşları tərəfindən Səncərədi kənd sakini R.Baxşıyevanın çantasından 417 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini Ramilə Məmmədova tutulub. Onun oktyabrın 26-da şəhər sakini K.Əliyevanın cibindən 200 manat oğurlaması da müəyyən edilib.