Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

«Əsgər» qəzeti


Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılan «Əsgər» qəzeti ölkəmizdə çap olunan ilk hərbi qəzetlərdən biridir.

Daxili Qoşunların mətbu orqanı olan «Əsgər» qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 15-də dərc olunmuşdur. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynamışdır.

«Əsgər» qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir.