Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2012-ci ilin 1-ci yarımili üzrə təhlil


2012-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2012-ci ilin 1-ci yarımilliyində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 11953 (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə -186 və ya -1,5%), o cümlədən daxili işlər orqanları tərəfindən 11343
(-177;-1,5%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 5109-u (45%) az ağır, 4964-ü (43,8%) böyük ictimai təhlükə törətməyən, 1270-i (11,2%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 4008-i (2011-ci ilin müvafiq dövrü ilə müqayisədə +66 və ya 1,7%) şəxsiyyət əleyhinə, 3572-i -101; -2,7%) iqtisadi sahədə törədilən, onlardan 3524-ü (-95; -2,6%) mülkiyyət əleyhinə, 3428-i (-89; -2,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 335-i (-53; -13,7%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 87,2%, onlardan ekoloji cinayətlərin 100%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərin 100%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,3%, insan alveri ilə bağlı cinayətlərin 97,0%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,5%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 94,4% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 96,3%), qəsdən sağlamlığa az ağır zərər vurmaların 92,9%, qəsdən adam öldürmə cinayətlərin 91,0%, zorlamaların 88,9%, xuliqanlıqların 88,8%, dələduzluq cinayətlərinin 88,7%, qaçaqmalçılıq cinayətlərinin 87,5%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 87,4%, mənimsəmə və israf etmə cinayətlərinin 83%, soyğunçuluqların 70,7% açılması təmin edilmişdir.

2012-ci ilin 1-ci yarımilliyində cinayətkarlığın dinamikası quldurluq cinayətlərinin 33,3% (-29; 58-87), korrupsiya ilə baglı cinayətlərin 27,4% (-37; 98-135), ogurluq cinayətlərinin 18,4% (-485; 2154-2639), ekoloji cinayətlərin 16,3% (-17; 87-104) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti ümumiyyətlə qeydə alınmamışdır.
Dələduzluq cinayətləri 373 (+70,4%; 903-530), ağır və xüsusilə ağır cinayətlər 171 (+15,6%; 1270-1099), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 49 (+43,8%; 161-112) fakt artmışdır.
İnsan alveri ilə bağlı cinayətlərə görə 65 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 5,9% (-6; 95-101) azalmış, həmin cinayətləri törədənlərin 52,3%-i (34) qadınlar olmuşdur.

Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 317 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 27 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1257 nəfərdən 1146-ı (91,2%) əmək qabiliyyətli işləməyən və oxumayan, 355-i (28,2%) əvvəllər cinayət törətmiş şəxs, 23-ü (1,8%) qadın, 2-i (0,2%) yetkinlik yaşına çatmayandır.

Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 212, o cümlədən 36 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

2011-ci ilin müvafiq dövrü ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən 2,5% (-24; 939-963), yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 1,3% (-3; 230-233) azalmış, qadınlar tərəfindən 0,5% (+5; 948-943), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 1,9% (+135; 7345-7210) artmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 1134-ü (48,1%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 175 nəfər (7,4%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 604 şəxsdən 365-nin (60,4%) yeri müəyyən edilmişdir.

2012-ci ilin 1-ci yarımilli ərzində 6821 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 5580-ı (81,8%) işləməyən və oxumayan, 918-i (13,5%) əvvəllər məhkum edilmiş, 613-ü (9%) qadın, 170-i (2,5%) yetkinlik yaşına çatmayanlar olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi