Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişirilməsi

XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Azərbaycan Respublikası vətəndaşlarının 25, 35, 50 yaşına çatdıqda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün zəruri olan sənədlər

1. Ərizə-anket (elektron variantını yüklə)
2. Şəxsiyyət vəsiqəsinin ksero-surəti
3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz
4. Bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s) yalnız öndən görünüşü təsvir edilmiş 25x30 mm ölçüdə 3 (üç) ədəd rəngli fotoşəkil
5. Ailə vəziyyəti dəyişdikdə - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş sənədlər.

Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin əldə olunması üçün aşağıdakı sənədlər təqdim edilir:

1. Ərizə-anket - 2 ədəd (elektron variantını yüklə)
2. Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin və ya Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərə verilən Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti - 2 ədəd
3. fotoşəkil 2ədəd
4. dövlət rüsumunun ödənilməsi barədə qəbz (11 manat).

1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərin və onların «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün zəruri olan sənədlər

1. Ərizə-anket
2. Şəxsiyyət vəsiqəsinin ksero-surəti
3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz (6 manat)