Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2008-ci ilin yekun təhlili


2008-ci ildə daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə respublikada 21692 (2007-ci illə müqayisədə +3025 və ya 16,2%), o cümlədən daxili işlər orqanları tərəfindən 20799 (+2732; 15,1%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 9532-i (45,8%) böyük ictimai təhlükə törətməyən, 9001-i (43,3%) az ağır, 2266-ı (10,9%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 7689 (2007-ci illə  müqayisədə +556 və ya 7.8%) şəxsiyyət əleyhinə, 5880 (+1722; 41,4%) iqtisadi sahədə törədilən, onlardan 5779 (+1729; 42,7%) mülkiyyət əleyhinə, 6413 (+377; 6,2%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 817 (+81; 11,0%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-cısı oğurluq, hər 7-cisi narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 88,3%, onlardan ekoloji cinayətlərin 99,2%, şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin 97,6%, insan alveri ilə bağlı cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin 95,8%, mənimsəmə və israf etmə cinayətlərinin 94,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 93,0%, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 94,9%, narkotik vasitələrlə bağlı cinayətlərin 91,9%, xuliqanlıq cinayətlərinin 91,2%, qaçaqmalçılıq cinayətlərinin 90,9%, dələduzluq cinayətlərinin 90,8%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 87,0%, qəsdən adam öldürmə cinayətlərinin 86,3%, zorlama cinayətlərinin 81,5%, soyğunçuluq və adam oğurluğu cinayətlərinin 78,9% açılması təmin edilmişdir.

2008-ci ildə cinayətkarlığın dinamikası rüşvət cinayətlərinin 50,0% (-4; 4-8), avtonəqliyyat oğurluğu cinayətlərinin 33,3% (-11; 22-33), zorlama cinayətlərinin 26,5% (-9; 25-34), hədə-qorxu ilə tələb etmə cinayətlərinin 18,0% (-11; 50-61), mənimsəmə və israf etmə cinayətlərinin 12,6% (-11; 76-87), qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin 8,5% (-20; 215-235), qəsdən adam öldürmə cinayətlərinin 4,5% (-8; 168-176) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayəti  ümumiyyətlə qeydə alınmamışdır.

Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinin sayı 26 (-1,5%; 1662-1688), o cümlədən, ölümlə nəticələnən YNH 60      (-7,2%; 775-835) fakt azalmışdır. Yol-nəqliyyat hadisələrində 974 (-80; 7,6%) şəxs həlak olmuşdur.
Ağır və xüsusilə ağır cinayətlər 320 (+16,4%; 2266-1946), az ağır cinayətlər 1014 (+12,7%; 9001-7987), oğurluq 1450 (+74,3%; 3401-1951), o cümlədən mənzillərdən 358 (+58,2%; 973-615), soyğunçuluq 151 (+69,3%; 369-218), avtonəqliyyatın qaçırılması 85 (+85,0%; 185-100), dələduzluq 71 (+5,8%; 1292-1221), quldurluq 60 (+42,3%; 202-142) fakt artmışdır.

Hesabat dövründə aşkar edilmiş insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,2% (+111; 394-283), o cümlədən fahişəliyə cəlb etmə və ya əxlaqsız yuvaları saxlama 100 fakt (300-200), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 15,2% (+359; 2723-2364), o cümlədən satış və ya satış məqsədi ilə 21,4% (+184; 1044-860) artmışdır.
2008-ci ildə insan alveri ilə bağlı cinayətlərə görə 349 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 60,8% (+73; 193-120) artmış, həmin cinayətləri törədənlərin 56,2% (196) qadınlar olmuşdur.

Daxili işlər orqanları tərəfindən hesabat dövründə qanunsuz dövriyyədən 651  kiloqramdan artıq (ötən illə müqayisədə 1,9 dəfə çox) narkotik vasitə götürülmüş, 159 kq-a yaxın (+1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2271 nəfərdən 2085-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 530-u (23,4%) əvvəllər cinayət törətmiş şəxs, 57-i (2,5%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayandır.

Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 301, o cümlədən 56 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2007-ci illə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 12,8% (+65; 573-508), qadınlar tərəfindən 2,6% (+58; 2266-2208), əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlər 4,3% (+98; 2369-2271) artmışdır.

Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2963-ü (69,3%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 354 nəfər (8,3%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 1305 şəxsdən 979-nun (75%) yeri müəyyən edilmişdir.
2008-ci ildə 13715 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 1829-u (13,3%) qadın, 392-i (2,9%) yetkinlik yaşına çatmayan, 11524-ü (84,0%) işləməyən və oxumayan, 1539-u (11,2%) əvvəllər məhkum edilmişlər olmuşdur.

  Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi