DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Faydalı məlumatlar

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

 

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması

İXM-nin maddələri

Qayda pozuntuları

İXM-nə əsasən cərimənin miqdarı

Cərimə balı

327.1.

Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi

qırx manat

-

Nəqliyyat vasitətəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi

Piyada keçidlərinin keçilməsi

Ara məsafəsi

Yedəyə alma

Yük daşıma

Sürmə təlimi keçmə qaydalarının pozulması

Əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması

Şəkilərlə və “Yol hərəkəti  haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyini ilə hərəkət edilməsinə görə

Nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atmağa görə

327.2.

Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi

altmış manat

3 bal

3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması

Sərnişin daşıma qaydasının pozulması

Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması

Yol ayrıcını keçmə qaydalarının pozulması

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə

327.3.

Dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması

səksən manat

4 bal

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi

 

327.4.

Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə

yüz manat

4 bal

327.5

Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə

 yüz manat

 4 bal

327.6

Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə

yüz manat

 4 bal

327.7 Bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3 maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində  20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitələrini idarə etmə hüququ altı ay müddətinə məhdudlaşdırılır.   

 327.8. Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.