DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Faydalı məlumatlar

Texniki vasitələrin köməyi ilə vətəndaş mənzillərinin mühafizəsinin təşkil olunması

Vətəndaşların şəxsi əmlakının, o cümlədən mənzillərinin etibarlı mühafizəsi sahəsində profilaktik tədbirlərdən biri mənzillərdə, qarajlarda və s. yerlərdə siqnalizasiya sistemlərinin quraşdırılmasından ibarətdir. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin sturukturuna daxil olan Mərkəzləşdirilmiş Mühafizə Məntəqələri fəaliyyət göstərən yaşayış məntəqələrində telefonlu və telefonsuz mənzilləri və ya digər əmlak saxlanılan yerləri siqnalizasiya sistemlərinin köməyi ilə qarşılıqlı müqavilə əsasında qorumaq olar. Bu üsul vətəndaşların əmlakına yönəldilmiş cinayət qəsdlərinin qarşısını almaq üçün ən əsas profilaktik tədbir sayılır. Göründüyü kimi mənzillərin və digər yerlərin mühafizəsi üçün siqnalizasiya sistemləri tətbiq olunmalıdır. Azərbaycan Respublikasında bu üsulun təməli Daxili İşlər Nazirliyinin 10.06.1969-cu il tarixli 276 nömrəli “Vətəndaşların mənzillərinin texniki vasitələrin köməyi ilə mühafizəsinin təşkili” haqqında əmr ilə qoyulmuşdur.

Bu əmr sabiq SSRİ DİN-nin 26.03.1969-cu il tarixli 152 nömrəli əmrinə əsasən vətəndaş mənzillərindən oğurluq hadisələrinin qarşısının alınmasında siqnalizasiya sistemlərinin etibarlılığını nəzərə almaqla onun tətbiqi və təşkilini təsbit etmişdir. Əmrdə mühafizə xidmətinə xüsusi quraşdırma qrupu yaratmaq, şəhər və rayonlar üzrə vətəndaş mənzillərinin siqnalizasiya sistemləri ilə təchizini təşkil, bu zaman normativ hüquqi sənədləri tələb olunan qaydada tərtib etmək tapşırılmışdır. Həmin dövürlərdə vətəndaşlar öz əmlakın müzafizə xidmətinə etibar etmiş və kifayət qədər xeyli sayda mənzil müqavilə əsasında texniki vasitələrin köməyi ilə mühafizə olunmuşdur. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində isə bu sahənin inkişafında problemlər yaranmış, iqtisadi çətinliklərlə əlaqadar olaraq vətəndaşlar mənzillərinin mühafizəsi haqqında bağlanmış müqavilənin ləğv edilməsi məcburiyyətində qalmışlar.
    
Ümumimlli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun və layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikamızda aparılmış iqtisadi siyasət nəticəsində xalqımızın maddi rifahı ilbəil yüksəlmiş və əhalinin güzaranı yaxşılaşmışdır. İqtisadi vəziyyətin əsaslı surətdə dəyişməsi şəraitində vətəndaşların əmlakının təhlükəsizliyinin  etibarlı  təmin olunması Daxili İşlər Nazirliyinin sturuktur hissəsi olan Baş Mühafizə İdarəsinin ən önəmli vəzifələrindən biri olmuşdur. Baş Mühafizə İdarəsi bu vəzifənin öhtəsindən layiqincə gəlmək üçün daima mühafizə xidmətinin təkmilləşdirilməsi sahəsində ardıcıl işlər həyata keçirmişdir. Mühafizə xidmətinin əsas sahələrindən sayılan texniki sahənin müasir tələblərə uyğun olaraq inkişaf etdirilməsi məqsədilə, Baş Mühafizə İdarəsi 1996-cı ildə Konsepsiya qəbul etmişdir. Konsepsiyanın tələblərinə uyğun olaraq Respublikamızda Beynəlxalq standartlara cavab verən siqnalizasiya sistemlərinin, kompüterləşdirilmiş mühafizə qurğularının tətbiqi planlaşdırılmışdır.

Vətəndaş mənzillərinin texniki vasitələrlə mühafizəsi əvəzsiz profilaktik tədbir olduğundan bu sahə Daxili İşlər Nazirliyinin həmişə diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası DİN-in 01 dekabr 2006-cı il tarixli 544 nömrəli əmri ilə elan edilmiş “Mühafizə xidmətinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi və qarşıda duran vəzifələr haqqında” DİN-in 28 noyabr 2006-cı il tarixli KQ-6/1 nömrəli Kollegiya Qərarının 5-ci bəndidə şəhər və rayonlarda baş verən cinayətlərin və digər hüquqazidd əməllərin qarşısının alınması məqsədilə, vətəndaşların mənzillərinə siqnalizasiya sistemlərinin tətbiqi və mənzillərin texniki vasitələrin köməyi ilə qorunması işinin inkişafı ilə bağlı Mühafizə hissələrinə köməklik göstərilməsi şəhər, rayon, xətt polis orqanlarının rəislərindən tələb olunmuşdur. Həmçinin sahə müvəkkillərinə və digər işçilərə vətəndaşlardan mənzillərdə siqnalizasiya sistemlərinin quraşdırılması üçün ərizə toplamağı, bu işin böyük profilaktiki əhəmiyyət kəsb etdiyini təbltğ etmək tapşırılmışdır.

Kollegiya Qərarının yerinə yetirilməsi məqsədilə Mühafizə hissələrinin əməkdaşları ərazi üzrə Polis orqanlarının əməkdaşları ilə sıx əlaqə yaratmış, 2006-cı ilin sonuna siqnalizasiya sistemləri ilə təchiz edilib Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə (KMMM) qoşulmuş mənzillərin sayının 152 olduğu halda 2007-ci ilin sonuna bu göstərici görülmüş tədbirlər nəticəsinədə 406-ya, 2008-ci ilin sonuna isə KMMM-ə qoşulmuş mənzillərin sayı 574-ə çatdırılmışdır. Siqnalizasiya sistemləri ilə təchiz edilib müqavilə əsasında mühafizə olunan mənzillərdən heç bir oğurluq hadisəsinə yol verilməmişdir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq mənzillərin mühafizəsi və siqnalizasiya sistemlərinin quraşdırılması haqqları üzrə hər il smetalar tərtib olunur. Hazırda Bakı şəhərində mənzildə quraşdırılan siqnalizasiya sistemlərinin qiymətləri və aylıq mühafizə haqqı barədə məlumatlar aşağıdakı kimidir.


1 otaqlı mənzil üçün:

 1. Nəzarət paneli   80 manat
 2. Hərəkət detektoru ən azı 2 ədəd 2x16   32 manat
 3. “Standart” tipli radioötürücü  130 manat
 4. Əlavə qida mənbəyi (akummulyator)  20 manat
 5. Kabel və aksesuarlar   18 manat
 6. Quraşdırma xərci      20 manat
 Cəmi:   ən azı       
 300 manat














    2 otaqlı mənzil üçün.

 1. Nəzarət paneli   80 manat
 2. Hərəkət detektoru ən azı 3 ədəd 3x16   32 manat
 3. “Standart” tipli radioötürücü  130 manat
 4. Əlavə qida mənbəyi (akummulyator)  20 manat
 5. Kabel və aksesuarlar   32 manat
 6. Quraşdırma xərci      40 manat
 Cəmi:   ən azı       
 350 manat














Qeyd: Mənzildə otaqların sayı artdıqca hərəkətə qarşı detektorların sayı, kabelin miqdarı və quraşdırma xərci artır.

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 05 iyul 2008-ci il tarixli 171 nömrəli əmrinə əsasən “Mülkiyyətçi” əmlakını 1000 manata dəyərində qiymətləndirərsə aylıq mühafizə haqqı 12 manat + ƏDV 18 % = 14 manat 16 qəp. təşkil edir.
     Əmlakın dəyəri 1000 manatdan yuxarı olduqda, 12 manat+ 1000 manatdan artıq dəyərinin 1 %-i + ƏDV 18 % aylıq mühafizə haqqı kimi hesablanır.

    
Mənzildə quraşdırılmış siqnalizasiya sistemlərindən KMMM-ə “həyəcan” siqnalı daxil olarsa operatorlar tərəfindən raiostansiya vasitəsilə “həyəcan” siqnalı barədə ərazidə xidmət aparan polis naryadına və mühafizə hissəsinin növbətçi hissəsinə məlumat verilir. Bu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 28 avqust 2007-ci il tarixli 467 nömrəli əmri ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş Mühafizə Məntəqəsindən daxil olan “həyəcan” siqnalı zamanı polis naryadının xüsusi vəzifələri üzrə Təlimat”ın 2.14 bəndinə əsasən polis naryadı aşağıdakı kimi hərəkət etməlidir:
- binanın mənzil yerləşən girişini bloklaşdırmalı və mənzilə müdaxiləni dəqiqləşdirməlidir. Mənzilin bütövlüyünün pozulduğunu aşkar etdikdə eyvan və pəncərələri nəzarətə götürməli, pilləkən, zirzəmi və çardaq sahələrinə baxmalı, xaricdən müşahidə yolu ilə mənzilin qapısının açılıb-açılmamasını müəyyən etməli, binada lift olduğu halda polis naryadının üzvlərindən biri axırıncı mərtəbəyə qalxaraq hər hansı bir bərk predmetlə liftin qapısının bağlanmasının qarşısını almalı və pilləkənlərlə düşərək bütün sahələri diqqətlə yoxlamalı, şübhəli şəxsləri saxlamalı, bu barədə  növbətçi baş inspektora, MMM növbətçisinə, ərazi polis orqanına  və ya mühafizə hissəsinin digər məsul əməkdaşına məlumat verməlidir.
Vətəndaş mənzillərinin qorunmasında mühafizə hissələri və mənzil sahibləri tərəf-müqabil olduğundan onların hər biri hüquqi tərəf sayılır. Buna görə də onlar arasındakı münasibətləri, məsuliyyət və öhdəlikləri “Baş  Mühafizə  İdarəsinin hissələri tərəfindən Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin köməyi ilə vətəndaşların mənzillərinin mühafizəsi haqqında” Nümunəmi Müqavilə müəyyən edir.


Daxili İşlər Nazirlinin Baş Mühafizə İdarəsi