Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Faydalı məlumatlar

Şəxsiyyəti təsdiq edən sənədlər

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi

Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. 
Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.

15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra ─ qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə almaq hüququna malikdir.

Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.

   - Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin vəsiqə sahibinin şəxsi imzası və fotoşəkli yerləşdirilir.
   - Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcısı  dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir.

Qeyd:  15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (qanuni nümayəndəsinin) müraciəti ilə əsasında həyata keçirilir.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları  tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket;
- vətəndaşın doğum haqqında şəhadətnaməsi;
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
-  vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
-  çağırışçılar və hərbi vəzifəlilər üçün təhkim şəhadətnaməsi və ya hərbi bilet;
-  dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

Qeyd: 15 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayandələri ilə birgə müraciət etməlidirlər.


Dəyişdirilmə qaydaları

- Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

Qeyd:  2018-ci ilin sentyabrın 1-dək verilən (elektron daşıyıcısı olmayan) şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya  vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

- Vətəndaş elektron daşıyıcısı olmayan etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin yeni şəxsiyyət vəsiqəsinə dəyişdirilməsi üçün müraciət edə bilər.
- Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə aşağıdakı sənədlər tələb edilir:
-  şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket;
-  şəxsiyyət vəsiqəsi;
-  dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- vətəndaşın adı, soyadı, atasınin adı, ailə vəziyyəti dəyişdikdə qeyd olunanlardan əlavə- doğum haqqında şəhadətnamə, nigahın bağlanması və ya pozulması haqqında şəhadətnamə.

Şəxsiyyət vəsiqəsi vətəndaşın "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə verilir və ya dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği:

-    10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat; 
-    3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 50 manat; 15 yaşınadək uşaqlara 25 manat;
-    1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 70 manat; 15 yaşınadək uşaqlara 30 manat.

Şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli?

Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə, onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

- Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vətəndaş həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

- Vətəndaş şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonra, vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

Şəxsiyyət vəsiqəsinin itirilməsinə və ya korlanmasına görə yeni şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumunun məbləği:

-    10 gün müddətində verildikdə 30 manat;
-    3  iş günü müddətində verildikdə 70 manat;
-    1 iş günü müddətində verildikdə 90 manat;
-   Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vətəndaş bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin əvəzinə vətəndaşa yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

 

Ümumvətəndaş pasportu

  • Pasportların verilməsi qaydaları

18 yaşı tamam olmuş vətəndaşlara ümumvətəndaş (xarici) pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

 - 18-35 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

 -  şəxsiyyət vəsiqəsi;

 - Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqedici sənədlər;
 
 - Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

 - Təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

 - Qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.


Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödənilən dövlət rüsumunun məbləğinə uyğun olaraq 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşı tamam olmuş şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 10 iş gününə - 60 manat;
  • 5 iş gününə - 120 manat;
  • 1 iş gününə - 210 manat.

Qeyd: Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda xəta müəyyən olunduqda, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
 

Verilməsinə görə rüsumlar

 

Azərbaycan Respublikasının vətəndaşlarına  ümumvətəndaş   pasportlarının verilməsinə görə rusumlar

                                             rüsumun növü

   məbləğ

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşınadək uşaqlar üçün)

  15 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşından üç yaşınadək uşaqlar üçün)

   25 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün)

   35 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (on səkkiz yaşına çatmış vətəndaşlara)

   60 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşınadək uşaqlar üçün)

   25 manat 

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşından üç yaşınadək uşaqlar üçün)

   55 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün) 

   75 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (on səkkiz yaşına çatmış vətəndaşlara)

   120 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşınadək uşaqlar üçün)

   55 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (bir yaşından üç yaşınadək uşaqlar üçün)

   115 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün)

  155 manat

Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə: (on səkkiz yaşına çatmış vətəndaşlara)

  210 manat

 

 Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: [83]

 

14.1-1.1. on iş günü müddətində verildikdə

 

14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

40 manat

14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

50 manat

14.1-1.2. beş iş günü müddətində verildikdə

 

14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün

30 manat

14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

70 manat

14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

90 manat

14.1-1.3. bir iş günü müddətində verildikdə

 

14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün

50 manat

14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

90 manat

14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

130 manat

14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

170 manat

 

Ümumvətəndaş pasportunun dəyişdirilmə qaydaları

"Pasportlar" haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, ümumvətəndaş pasportu aşağıdakı hallarda dəyişdiriməlidir:

          - Vətəndaşın soyadı, adı, atasının adı dəyişdirildikdə;
          - Pasportdakı yazılarda qeyri-dəqiqlik müəyyən edildikdə;
          - Pasport yararsız hala düşdükdə;
          - Etibarlılıq müddəti bitdikdə.

Vətəndaş ümumvətəndaş pasportunu dəyişdirmək üçün müraciət edərkən aşağıdakı sənədlər tələb olunur: 

-Şəxsiyyət vəsiqəsi;

-18-35 yaş hədlərində hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən yeni ümumvətəndaş pasportu verilərkən vətəndaş köhnə pasportu təhvil verməlidir.

Ümumvətəndaş pasportunun üzərindəki məlumatlarda yanlışlıq, çipində nasazlıq olduqda vətəndaş pasportu aldığı idarəmizə müraciət edərək 1 iş günü müddətində ödəniş etmədən dəyişdirə bilər.

 

  • Uşaqlar üçün pasport

1 Sentyabr 2013-cü il tarixində qəbul olunmuş qaydalara əsasən 18 yaşınadək vətəndaşlara da digər ölkələrə getmək üçün ayrıca ümumvətəndaş pasportu verilir. Uşaqlar üçün ümumvətəndaş pasportu almaq məqsədi ilə müraciət edərkən aşağıdakı sənədlər təqdim olunmalıdır: 

  • Vətəndaşın şəxsiyyət vəsiqəsi;
  • Vətəndaşın doğum haqqında şəhadətnaməsi;
  • Hər iki valideynin şəxsiyyət vəsiqələri;
  • Hər iki valideynin razılığı.

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə  həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

  • Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
  • Təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyidə təqdim olunmalıdır);
  • Qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərin birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
 
18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışı olduqda, həmin valideynin razılığı tələb edilmir. Qeyd olunan sənədlərlə birgə digər valideynin notarial qaydasında təsdiq edilmiş razılığını təqdim edən 18 yaşı tamam olmamış vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün 1 illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı vətəndaşlara 5 illik müddətə verilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:  1 yaşınadək uşaqlara verilən pasportun etibarlılıq müddəti 1 ildir və dövlət rüsumları belədir: 

  • 10 iş gününə – 15 manat;
  • 5 iş gününə – 25 manat;
  • 1 iş gününə – 55 manat.

1-3 yaşlı uşaqlara verilən xarici pasportun etibarlılıq müddəti 3 ildir. Dövlət rüsumu aşağıdakı kimidir:  

  • 10 iş gününə – 25 manat;
  • 5 iş gününə – 55 manat;
  • 1 iş gününə – 115 manat.

3-18 yaşlı vətəndaşlara verilən pasportun etibarlılıq müddəti 5 ildir və dövlət rüsumları belədir:

  • 10 iş gününə – 35 manat;
  • 5 iş gününə – 75 manat;
  • 1 iş gününə – 155 manat.   

 

Qəbul günləri və saatları

Ümumvətəndaş pasportu almaq istəyən vətəndaşların sənədlərinin qəbulu yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən regional qrupları, həmçinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Lənkəran, Şirvan şəhərləri və Göyçay rayonundakı regional şöbələri tərəfindən həyata keçirilir. Regional şöbələrdə sənədlərin qəbulu aşağıdakı qrafik üzrə həyata keçirilir:

Həftə içi: 09:00-18:00
Şənbə: 09:00-17:00
Bazar günü: 10:00-17:00

Baş Pasport İdarəsinin və regional şöbələrin əlaqə vasitələrilə buradan tanış ola bilərsiniz.