Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dövlət xidmətləri

Daxili İşlər Nazirliyi tərəfindən bir sıra dövlət xidmətləri təqdim edilir. Bu bölmədə bütün xidmətlərin inzibati reqlamenti, tələb olunan sənədlər, rüsumlar və digər məlumatları əldə edə bilərsiniz.

Elektron ödəmələr

Müvafiq identifikasiya metodunu seçdikdən sonra Elektron Ödəmələr Portalına yönəldiləcəksiniz.

Elektron xidmətlər kabineti

DİN ilə əlaqəli xidmətlərdən elektron qaydada faydalanmaq üçün şəxsi kabinetinizə daxil olun.

E-xidmətlər kabineti

Ümumvətəndaş pasportlarının dəyişdirilməsi

 
Ümumvətəndaş pasportu

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunundan və həmin Qanununun tətbiqi barədə Əsasnamənin təsdiq edilməsi haqqında Azərbayсan Respublikası Prezidentinin 2013-сü ilin 11 iyun tarixli 908 nömrəli Fərmanından çıxarış
:

Ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:

-   ümumvətəndaş pasportunun verilməsi haqqında ərizə anket ;
-  vətəndaşın şəxsiyyət vəsiqəsi (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı);
-  fərdi identifikasiya kartı verilənədək Azərbayсan Respublikasının 15 yaşı tamam olmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınmasını təsdiq edən arayış;
-  hərbi bilet (18 – 35 yaşınadək kişilər üçün);
-  dövlət rüsumunun ödənilməsi barədə sənəd;
-  pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqedici sənədlər;
18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynləri ilə, övladlığa götürənlə, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərin birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

18 yaşı tamam olmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayşı olduqda, həmin valideynin razılığı tələb edilmir. Qeyd olunan sənədlərlə birgə digər valideynin notarial qaydasında təsdiq edilmiş razılığını təqdim edən 18 yaşı tamam olmamış vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

Pasport 18 yaşı tamam olmamış vətəndaşa verildikdə:


- qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartının təqdim edildikdə bu sənəd tələb olunmur).
- valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.
Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılması üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:
-  təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
- təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
-  qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ümumvətəndaş pasportu 18 yaşına çatmış vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, yaxud qanunvericiliklə nəzərdə tutulmuş hallarda isə iki iş günü müddətində (yaxın qohumunun ölümü və ya ağır xəstəliyi) verildikdə və ya dəyişdirildikdə 40 (qırx) manat, vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş iş günü məddətində 80 (səksən) manat , bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 160 (yüz altmış) manat dövlət rüsumu müəyyən edilmişdir.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşına çatmayan şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:
- bir yaşınadək uşaqlar üçün on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 10 (on) manat, beş iş günü məddətində 20 (iyirmi) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 40 (qırx) manat;
-  bir yaşından üç yaşınadək uşaqlar üçün  10 (on) iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 20 (iyirmi) manat, beş iş günü məddətində 40 (qırx) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 80 (səksən) manat dövlət rüsumu;
- üç yaşından on səkkiz yaşınadək  uşaqlar üçün  on iş günü müddətində, verildikdə və ya dəyişdirildikdə 30 (otuz) manat, beş iş günü məddətində 60 (altmış) manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 (yüz iyirmi) manat. 
2013-сü il sentyabrın 1-dək verilən ümumvətəndaş pasportları dəyişdirilərkən, vətəndaşın əl-barmaq izləri götürülür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.  
Sənədlərin qəbulu I – VI günlər saat 09:00-dan 18:00-dək, bazar günü isə saat 11:00-dan 17:00-dək, fasiləsiz, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün regional mərkəzlərdə həyata keçirilir.


https://www.dxr.az/xidmet/24090