Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub

27.10.2026

Paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib. 
Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 Araşdırmalar davam etdirilir.

27.10.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub 27.10.2026
  • Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub 27.10.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 27.10.2026
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 27.10.2026
  • 15 qumbara və 5 tüfəng aşkar edilərək götürülüb 27.10.2026