Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
05.10.2026Oktyabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tüfəng, 1 patron darağı və 880 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.