Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
30.08.2026Avqustun 30-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.