Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

21.08.2026

Sabunçu rayonunda yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar. 
Araşdırmalarla onların taladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.
Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən N.Mursaquliyev, R.Bayramlı və E.Əliyev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.
Qeydə alınan hadisələr üzrə araşdırma aparılır.

21.08.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub 21.08.2026
  • Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar 21.08.2026
  • Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar 21.08.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 21.08.2026
  • Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib 21.08.2026
  • Yabanı halda bitmiş 140 kiloqram çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib 21.08.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 21.08.2026