Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
06.08.2026Avqustun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 2 patron darağı, 1 mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.