Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
01.08.2026Avqustun 1-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.