Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
30.07.2026İyulun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 17 ədəd patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.