Ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
09.07.2026Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 9-da ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,7 kiloqramdan artıq marixuana, 3,9 kiloqramdan çox metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.