Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
29.06.2026İyunun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 qumbaraatan, 1 tapança, 5 qumbara, 3 alışdırıcı, 7 tüfəng, 12 patron darağı və 3025 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.