Gün ərzində ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması təmin olunub
28.06.2026İyunun 28-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.