Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
28.06.2026İyunun 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.