Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
27.06.2026İyunun 27-də ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Сinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.