Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunda 55 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

24.06.2026

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 
Tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 47 yaşlı Hafiz Hüseynovdan 11 kiloqramdan artıq tiryək və marixuana, əvvəllər məhkum olunmuş 32 yaşlı Sərhad Eminovdan 21 kiloqrama yaxın marixuana və 39 yaşlı Rüstəm Mədətovdan isə 22 kiloqram marixuana aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 55 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Qeyd edək ki, Xətai RPİ əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 103 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

24.06.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub 24.06.2026
  • Xətai rayonunda 55 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 24.06.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 24.06.2026
  • Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib 24.06.2026
  • Ümumi çəkisi 107,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 24.06.2026
  • Yabanı halda bitmiş 5,5 ton çəkidə çətənə kolu aşkarlanaraq məhv edilib 24.06.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 24.06.2026