Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
18.06.2026İyunun 18-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 161 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.